Kiyevə dron hücumu olub
Tarix: 04-07-2024 08:47 | Bölmə: Dünya
Kiyevə dron hücumu olub

Ötən gecə rus ordusu Ukraynaya dronlarla hücum edib, xüsusilə paytaxt Kiyev “Şahed” PUA-larının hücumuna mərzu qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının Telegram kanalı məlumat yayıb.

Məlumata görə, paytaxta hücum edən bütün “Şahed” dronları hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.

“Düşmən Rusiya Federasiyasının Kursk vilayəti ərazisindən pilotsuz uçan aparatları buraxıb. “Şahed”lər müxtəlif istiqamətlərdən Kiyevə yaxınlaşırdılar. Hava hücumundan müdafiə vasitələri paytaxta yaxınlaşan bütün dronları məhv etdi”,-deyə məlumatda bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər