Ekvador prezidenti fövqəladə vəziyyət elan edib
Tarix: 04-07-2024 10:58 | Bölmə: Dünya
Ekvador prezidenti fövqəladə vəziyyət elan edib

Cənubi Amerika ölkəsi Ekvadorda zorakılıqların yenidən artması səbəbindən prezident Daniel Noboanın imzaladığı fərmanla üçüncü dəfə fövqəladə vəziyyət elan edilib.

Reyting.az
xəbər verir ki, Ekvador Rəyasət Heyətinin mətbuat bölməsi mütəşəkkil cinayətkar təşkilatların törətdiyi zorakılıqların qarşısını almaq üçün fövqəladə vəziyyətin elan olunduğunu bəyan edib.

Milli mətbuatda yer alan xəbərlərə görə, fərman çərçivəsində Quayas, Los Rios, Manabi, Orellana, Santa Elena və El Oro şəhərlərində 60 gün müddətində fövqəladə vəziyyət tətbiq ediləcək.

Xatırladaq ki, prezident Noboanın iki dəfə - yanvarın 7-də və aprelin 20-də elan etdiyi fövqəladə vəziyyət qərarı Konstitusiya Məhkəməsi tərəfindən dayandırılıb.

Qeyd edək ki, Ekvador uzun müddətdir təhlükəsizlik böhranı ilə mübarizə aparır. İlin əvvəlindən bəri çoxlu sayda insan, o cümlədən bələdiyyə sədrləri və təhlükəsizlik qüvvələri hücumlar nəticəsində həlak olublar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər