Səudiyyə Ərəbistanı: Qəzzaya beynəlxalq qüvvələr yeridilsin!
Tarix: 05-07-2024 09:14 | Bölmə: Dünya
Səudiyyə Ərəbistanı: Qəzzaya beynəlxalq qüvvələr yeridilsin!

Fələstin və Qəzza zolağına hücumlarını davam etdirən İsrailə qarşı görülə biləcək tədbirlərin sırasına biri də əlavə olunub.

Reyting.az
-ın xəbərinə görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan BMT-yə bildirib ki, Fələstini qorumaq üçün beynəlxalq qüvvələrin Qəzzaya yerləşdirilməsini dəstəkləyirlər.

Səudiyyə mətbuatı yazır ki, xarici işlər naziri Feysəl bin Fərhan, Avropa Birliyinin “Avropa Xarici Əlaqələr Şurası” adlı beyin mərkəzinin Madriddə keçirilən illik toplantısında verdiyi açıqlamada Birləşmiş Millətlər Təşkilatına çağırış edib. Nazir beynəlxalq qüvvənin Fələstini qorumaq üçün bölgəyə yerləşdirilməsini dəstəklədiklərini bildirib.

ELÇİN





Bölməyə aid digər xəbərlər