Prezident sarayından sənəd və pul oğurlanıb
Tarix: 05-07-2024 09:27 | Bölmə: Dünya
Prezident sarayından sənəd və pul oğurlanıb

Kamerun prezident sarayına oğrunun girdiyi məlum olub. Oğru bəzi sənədlər və bir az da pul oğurlayıb.

Reyting.az
xəbər verir ki, oğurluq zamanı təhlükəsizlik kameralarının işləməməsi diqqəti cəlb edib.

Oğrunun prezident Paul Biyanın Mülki Nazirlər Kabinetinin direktoru Samuel Mvondo Ayolonun otağına daxil olduğu bildirilir.

Hadisə zamanı bir neçə nöqtədə şüşə qırıqlarının olduğu müəyyən edilib. Oğru Etoudi Sarayından bəzi sənədləri və ofisdən pul götürərək qaçıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər