İsrail hərbçiləri Cenin bölgəsinə basqın edib - Ölənlər var
Tarix: 05-07-2024 11:30 | Bölmə: Dünya
İsrail hərbçiləri Cenin bölgəsinə basqın edib - Ölənlər var

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenin bölgəsinə basqın edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, basqın zamanı qarşıdurma yaranıb: "İsrail hərbçiləri bir evə basqın zamanı zor tətbiq edərək, 4 fələstinlini öldürüb, birini isə ağır yaralayıblar".

Məlumata görə, bundan sonra əliyalın fəlsətinlillər hərbçiləri daşa tutublar.

Xəbərdə deyilir ki, son ölümlərlə, 7 oktyabr 2023-cü il tarixindən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə öldürülən fələstinlilərin sayı 565 nəfərə çatıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər