Ukrayna PUA-ları Rusiyada yaşayış binasını vurub
Tarix: 05-07-2024 12:07 | Bölmə: Dünya
Ukrayna PUA-ları Rusiyada yaşayış binasını vurub

İyulun 5-nə keçən gecə Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiya ərazisinə hücum edib. Hücum nəticəsində Kubanda - Primorsko-Axtarskda yaşayış binasına zərbə dəyib.

Reyting.az
-ın məlumatına görə, Krasnodar vilayətinin başçısı Veniamin Kondratyev deyib ki, ikisi uşaq olmaqla 6 nəfər xəstəxanaya yerləşdirilib. Lakin sonradan altı yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

PUA hücumu zamanı üçmərtəbəli yaşayış binasına da ziyan dəyib. Sakinlər vaxtında binadan çıxarılaraq müvəqqəti yaşayış yerlərinə göndərilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər