Ukraynanın NATO-ya nə vaxt qəbul ediləcəyi açıqlanıb
Tarix: 05-07-2024 13:40 | Bölmə: Dünya
Ukraynanın NATO-ya nə vaxt qəbul ediləcəyi açıqlanıb

Ukrayna yaxın 10 il ərzində NATO-ya üzv olacaq.

Reyting.az
xəbər verir ki, bu proqnozu NATO-nun baş katibi Yens Stoltenberq DPA-ya müsahibəsində alyansın mümkün genişləndirilməsi ilə bağlı sualı cavablandırarkən səsləndirib.

Baş katib NATO-nun Vaşinqton sammiti ərəfəsində yenidən Ukraynaya yardımı artırmağa çağırıb.

"Dəstək nə qədər güclü olsa, bu müharibə bir o qədər tez bitəcək. Nə qədər uzunmüddətli öhdəliklər götürsək, müharibə bir o qədər tez bitəcək. İndi Putin düşünür ki, bizi kənarda qoya bilər. Biz onu inandırmalıyıq ki, o, bunu edə bilməz və bu, müharibənin bitməsinə şərait yaradacaq”, - deyə o vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər