20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rus ordusu Kiyev SES-ə hücum edib
Tarix: 26-08-2024 15:51 | Bölmə: Dünya
Rus ordusu Kiyev SES-ə hücum edib

Kiyev su elektrik stansiyasının (SES) bəndini raketlərlə dağıtmaq mümkün deyil.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bəyan edib.

Rusiya Federasiyasının bugünkü hücumu nəticəsində Kiyev SES-in dağıdılması ilə bağlı məlumatlar yayılıb. Kovalenko isə “Telegram” kanalında insanları əmin edib ki, Kiyev SES-in bəndini raketlərlə məhv etmək mümkün deyil: “Ruslar bu mövzudan istifadə edirlər. Əslində bu mövzu çaxnaşmaya səbəb olan məlumatdan başqa bir şey deyil”.

Qeyd edək ki, gecə saatlarında ruslar Ukraynaya kütləvi hücuma başlayıblar və bu, hazırda bir sıra regionlarda davam edir. Ruslar həm hücum PUA-larından, həm də müxtəlif tipli raketlərdən istifadə edirlər. Hücum nəticəsində enerji sektoruna da xeyli ziyan dəyib. Rusiyanın ictimai səhifələrində isə Kiyev SES-ə daxil olmaq barədə video yayılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər