20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Pilotlar tətilə başlayır, uçuşlarda problem yaranacaq
Tarix: 26-08-2024 17:19 | Bölmə: Dünya
Pilotlar tətilə başlayır, uçuşlarda problem yaranacaq

Lufthansa Hava Yolları qrupunun bir hissəsi olan “Discover Airlines” törəmə şirkətinin pilotları və kabinə heyəti dörd günlük tətil barədə xəbərdarlıq edib. Bu səbəbdən Almaniyanın bütün hava limanlarında problemlər yarana bilər.

Reyting.az
xəbər verir ki, tətil avqustun 27-də başlayacaq.

Tətil qərarı “Discover” pilotları və stüardessaları üçün ilk kollektiv müqavilələri bağlayan Verdi həmkarlar ittifaqı ilə danışıqlardan sonra yaranan münaqişə səbəbindən verilib. Pilotları təmsil edən Kokpit ittifaqı və kabin heyətini təmsil edən UFO ittifaqı rəqib kimi gördükləri Lufthansa və Verdi arasında mövcud ödəniş razılaşmalarından yayınmağa çalışır.

Kokpit və UFO iddia edir ki, Verdinin aviaşirkətdə kifayət qədər üzvü yoxdur və ittifaq Lufthansa tərəfindən bazarlıq tərəfdaşı kimi yaradılıb.

Qeyd edək ki, “Discover” aviaşirkəti Frankfurt və Münhendən uçuşlar həyata keçirir. Onun donanmasına 27 təyyarə və 2000-ə yaxın işçi qüvvəsi daxildir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər