20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Türkiyə və Suriya arasında danışıqlar başlayacaq
Tarix: 27-08-2024 11:07 | Bölmə: Dünya
Türkiyə və Suriya arasında danışıqlar başlayacaq

Türkiyə və Suriya arasında yüksək səviyyəli normallaşma danışıqlarının başlanmasına Suriya lideri Bəşər Əsəd müsbət cavab verib.

Reyting.az
-ın xəbərinə görə, Bəşər Əsəd son çıxışında əvvəl dediklərinə düzəliş edərək “Türkiyənin Suriya ərazisindən qoşunlarını çıxarmasına zərurət olmadığını” söyləyib.

Son vaxtlar Rusiyanın vasitəçilik səyləri ilə vüsət alan normallaşma məsələsinə prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, Türkiyənin ən yüksək səviyyəli rəsmilərinin müsbət bəyanatlarına Suriya cəbhəsindən mülayim reaksiya gəlib.

“Münasibətlərin normallaşması üçün Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxarılması və terrorçu qruplara dəstəyin dayandırılması kimi mövcud vəziyyətə səbəb olan siyasətlər geri qaytarılmalıdır”, - deyən Suriya lideri bunun belə olmadığını vurğulayıb.

Əsəd hər iki ölkənin suverenliyini təmin edən və gələcək danışıqların yol xəritəsini müəyyənləşdirən sazişin imzalanmasına çağırış da edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər