20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Çin təyyarəsi Yaponiyanın hava məkanına daxil olub
Tarix: 27-08-2024 15:02 | Bölmə: Dünya
Çin təyyarəsi Yaponiyanın hava məkanına daxil olub

Çinə məxsus “Y-9” müşahidə təyyarəsi bazar ertəsi saat 11:29-dan başlayaraq təxminən iki dəqiqə ərzində Yaponiyanın hava sərhəddini pozub. Bunu Yaponiya Müdafiə Nazirliyi bəyan edib.

Reyting.az
-ın xəbərinə görə, nazirlik bildirib ki, təyyarə Naqasaki prefekturasındakı Danco adaları yaxınlığındakı regional hava məkanını pozub və Yaponiyanı “fövqəladə şəkildə döyüş təyyarələrini səfərbər etmək” məcburiyyətində qoyub.

Təyyarəyə xəbərdarlıq edilsə də, silahdan istifadə olunmayıb.

Yaponiya Çin hərbi təyyarələri tərəfindən hava məkanının görünməmiş şəkildə pozulmasını “tamamilə qəbuledilməz” və təhlükəsizliyinə təhdid kimi pisləyib. Bu pozuntu, Şərqi Çin dənizindəki mübahisəli adalar yaxınlığında Çin gəmilərinin təkrar dəniz təxribatlarından sonra regional gərginliyin artdığı bir vaxta təsadüf edir.

Yaponiya hökumətinin sözçüsü Yoşimasa Hayaşi hücumun suverenliyin ciddi şəkildə pozulması olduğunu bildirib və bunu Çin hərbi təyyarəsi üçün bir ilk kimi qiymətləndirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər