20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
İordaniya BMT-yə müraciət edib
Tarix: 28-08-2024 08:09 | Bölmə: Dünya
İordaniya BMT-yə müraciət edib

İordaniya BMT Təhlükəsizlik Şurasından Məbəd sinaqoqu ilə bağlı tədbir görməsini xahiş edib. Rəsmi Cakarta bununla bağlı Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Cakartanın müraciətinə səbəb İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qüdsdəki Məbəd dağında sinaqoq tikmək istəyi ilə bağlı bəyanatıdır.

İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi “X” sosial şəbəkəsində yazıb:

“Biz Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti Qüdsün işğal olunmuş müqəddəs yerlərində tarixi və hüquqi status-kvonu pozan qeyri-qanuni hərəkətlərini dayandırmaq üçün dərhal təsirli tədbirlər görməyə çağırırıq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər