20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Kəşfiyyat hərbi-siyasi elitanı məhv etmək istəyib
Tarix: 28-08-2024 11:30 | Bölmə: Dünya
Kəşfiyyat hərbi-siyasi elitanı məhv etmək istəyib

Hələ genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiya hərbi kəşfiyyatı Ukraynanın hərbi-siyasi elitasını məhv etmək istəyib.

Reyting.az
xəbər verir ki, bunu “Bellingcat”ın bolqar araşdırmaçı jurnalisti Xristo Qrozev Dmitri Qordona müsahibəsində deyib.

X. Qrozevin iddiasına görə, müharibə başlamazdan əvvəl Rusiya hərbi kəşfiyyatı Ukraynanın bütün hərbi və siyasi rəhbərliyini zərərsizləşdirmək niyyətində olub.

Araşdırmaçı jurnalist bildirib ki, bu əməliyyatlarda həm Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin agentləri, həm də Moskvanın uzun illərdir tətbiq etdiyi təsir agentləri iştirak etməli və bu planın həyata keçirilməsi müharibənin gedişatını ciddi şəkildə dəyişməli idi: “Təsəvvür edin ki, 20 generala, Zelenskiyə və başqalarına sui-qəsd olub”.

Qeyd edək ki, may ayında Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentlər şəbəkəsini ifşa etdiyini açıqlayıb. Bildirilir ki, şəbəkə prezidentə, Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi rəhbərlərinə, eləcə də digər yüksək rütbəli məmurlara sui-qəsdlər hazırlayırmış.

Onu da qeyd edək ki, 2023-cü ilin sonunda Ukrayna prezidenti Vladimir Zelenski amerikalı jurnalistlərə Moskvanın təxminən 5-6 sui-qəsd cəhdindən sağ çıxdığını deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər