20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Tramp daha 4 maddə ilə ittiham olunur
Tarix: 29-08-2024 09:38 | Bölmə: Dünya
Tramp daha 4 maddə ilə ittiham olunur

Prezident seçkiləri kampaniyasının davam etdiyi ABŞ-da keçmiş prezident və hazırda prezidentliyə namizəd Donald Trampa qarşı yeni ittiham aktının irəli sürülməsi müzakirələrə səbəb olub.

Reyting.az
xəbər verir ki, ABŞ-nın xüsusi prokuroru Cek Smit Trampa qarşı 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişdirmək cəhdləri ilə bağlı yeni ittihamnamə təqdim edib.

İttiham aktında birinci ilə eyni ittihamlar var. Bununla belə, Ali Məhkəmənin keçmiş prezidentlərə geniş toxunulmazlıq verilməsi ilə bağlı rəyindən sonra Trampa qarşı iddialar qismən təsirsiz hala düşür.

Qeyd edək ki, yeni hazırlanmış ittihamnamədə Trampa qarşı 4 ittiham irəli sürülür və keçmiş prezidentin Co Baydenin qalib gəldiyi mübahisəli ştatlarda “qalib gəldiyini yanlış təsdiqləmək üçün saxta seçicilərin qeydiyyatı sxemində iştirak etdiyi” iddia olunur.

Onu da xatırladaq ki, Tramp və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris sentyabrın 10-da keçiriləcək debatla bağlı razılığa gəliblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər