20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Kurska hücum Rusiya ordusunun planını pozur
Tarix: 05-09-2024 09:46 | Bölmə: Dünya
Kurska hücum Rusiya ordusunun planını pozur

Ukraynanın Kursk bölgəsindəki əməliyyatından əvvəl ruslar Donbass istiqamətində yeddi cəbhədə irəliləyirdi. Ukrayna qoşunları Rusiya Federasiyasının Kursk vilayətinin bir hissəsini nəzarətə götürməyə başlayandan sonra rusların əməliyyatı yalnız Pokrovsk bölgəsində cəmləşib.

Reyting.az
xəbər verir ki, bunu Avropa Xarici Əlaqələr Şurasının Ukraynadakı müharibə üzrə analitiki Qustav Qressel deyib.

Britaniya Universitetinin Ukrayna müharibəsi üzrə eksperti Hüseyn Əliyev isə bildirib ki, Kursk hücumundan əvvəl ruslar Donbassda yeddi cəbhədə hücuma keçsələr də, indi yalnız Pokrovsk qalıb, digər yerlərdəki qoşunların bir hissəsi Kurska köçürülür.

Xatırladaq ki, avqustun əvvəlində Ukrayna silahlı qüvvələri Kursk vilayətində irəliləməyə başlayıb və 27-nə olan məlumata görə, 100 yaşayış məntəqəsini nəzarətə götürüb.

Kursk hücumunun əvvəlində ekspertlər razılaşdılar ki, əməliyyatın əsas məqsədi Donbass döyüşlərində iştirak edən rusları yenidən yerləşdirməyə təhrik etməkdir. Analitiklər qeyd ediblər ki, Kursk vilayətində baş verən hücumla əlaqədar Rusiya Federasiyası cəbhənin bəzi sektorlarından qoşunlarını Ukraynaya yerləşdirsə də, bu, Pokrovsk uğrunda döyüşün gedişatına təsir etməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər