13:04 / 16-09-2024
Sabah yağış yağacaq
İqlim fəalı bu dəfə Kopenhagendə Fələstinə görə tutulub
Tarix: 05-09-2024 11:53 | Bölmə: Dünya
İqlim fəalı bu dəfə Kopenhagendə Fələstinə görə tutulub

İsveçli iqlim fəalı Qreta Tunberq dünən səhər saatlarında Fələstin tərəfdarı olan “Tələbələr İşğala Qarşı” Hərəkatının Kopenhagen Universitetindəki muzey binasının qısamüddətli işğalı zamanı saxlanılıb.

Reyting.az
xəbər verir ki, təxminən 20 nəfərdən ibarət qrup binanın girişini kəsib. Bundan sonra 3 nəfər içəri girərək binanı zəbt edib. Buna görə 6 nəfərin saxlanıldığı bildirilir.

Polis saxlanılan şəxslərin adını açıqlamasa da, Tunberq “İnstaqram” hesabında həbslə bağlı video paylaşıb.

Etirazı təşkil edən qrupun sözçüsü də Tunberqin saxlanıldığını təsdiqləyib.

Onu da qeyd edək ki, Qreta daha əvvəl Fələstin tərəfdarı olanların nümayişlərini dəstəklədiyinə görə tənqid olunub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər