13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Belarus səmasında pilotsuz təyyarələr vurulub
Tarix: 05-09-2024 16:32 | Bölmə: Dünya
Belarus səmasında pilotsuz təyyarələr vurulub

Belarus ordusu ölkəyə xaricdən pilotsuz uçuş aparatlarının (PUA) daxil olması barədə məlumat yayıb.

Reyting.az
-ın məlumatına görə, Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının birinci müavini Sergey Frolovun bəyanatında deyilir ki, sentyabrın 5-də, gecə saatlarında Belarus Respublikasının dövlət sərhədinin hava məkanının PUA-lar tərəfindən pozulması qeydə alınıb.

Frolov bildirib ki, onların məhv edilməsi barədə qərar qəbul edilib: “Növbətçi hava hücumundan müdafiə qüvvələrinin vaxtında gördüyü tədbirlər nəticəsində müdaxilə edənlər məhv edilib”.

PUA-ların hansı ölkəyə aid olduğu dəqiqləşdirilməyib və sayı barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

ELÇİN




Bölməyə aid digər xəbərlər