13:04 / 16-09-2024
Sabah yağış yağacaq
İstanbulun 8 rayonunda “Quyu” əməliyyatı keçirilib
Tarix: 06-09-2024 09:50 | Bölmə: Dünya
İstanbulun 8 rayonunda “Quyu” əməliyyatı keçirilib

İstanbulun 8 rayonunda mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində keçirilən “Quyu-22” əməliyyatlarında 23 şübhəli tutulub.

Reyting.az
-ın xəbərinə görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

“Müvafiq olaraq İstanbul Təhlükəsizlik İdrəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi tərəfindən Təhlükəsizlik Baş İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin koordinasiyasında həyata keçirilən əməliyyatı nəticəsində 23 nəfər saxlanılıb. Əməliyyatlar zamanı şübhəlilərin hamısı ələ keçirilib, 2 ədəd müdafiə tipli əl qumbarası, 7 ədəd sənədsiz tapança, 1 ədəd avtomat silah, 1 ədəd GPS izləmə cihazı, müxtəlif miqdarda narkotik vasitə və əməliyyatlarda istifadə olunduğu müəyyən edilən oğurlanmış avtomobil müəyyən edilib”,- deyə nazir bildirib.

Məlumata görə, şübhəlilər sözügedən rayonlarda müxtəlif tarixlərdə iş yerlərini, yaşayış yerlərini və nəqliyyat vasitələrini atəşə tutub, iş yerlərinə əl qumbarası və səs bombası atıblar.

Nazir Yerlikaya qeyd edib ki, mütəşəkkil cinayətkar təşkilatlar Türkiyə küçələrinə sığına bilməyəcəklər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər