Yanacaq tankeri yük maşını ilə toqquşub - 48 nəfər yanaraq ölüb
Tarix: 09-09-2024 12:33 | Bölmə: Dünya
Yanacaq tankeri yük maşını ilə toqquşub - 48 nəfər yanaraq ölüb

Nigeriyanın Niger əyalətində yanacaq daşıyan tankerlə mal-qara və sərnişin daşıyan yük maşını toqquşub.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, toqquşmadan sonra partlayış baş verib. Nəticədə 48 nəfər hadisə yerində yanaraq ölüb.

Məlumatda o da deyilir ki, hadisə zaman maşında olan mal-qaralar da yanıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər