Rus ordusu Donetsk vilayətində üstünlük qazanır
Tarix: 10-09-2024 10:00 | Bölmə: Dünya
Rus ordusu Donetsk vilayətində üstünlük qazanır

Rusiya ordusu Donetsk vilayətində irəliləyir.

Reyting.az
xəbər verir ki, cəbhədəki mövcud vəziyyəti izləyən “DeepState” monitorinq layihəsinə görə, ruslar Krasnoqorovkada, Novoqrodovka və Uqledar yaxınlığında üstünlük qazanır.

Bundan əlavə, müşahidəçilər bildirirlər ki, ruslar Novoqrodovka istiqamətindən Lısovkaya aktiv hücum əməliyyatlarına başlayırlar.

Qeyd edək ki, dünən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski CNN telekanalına müsahibəsində bildirib ki, Ukrayna Pokrovskini itirməmək üçün əlindən gələni edir. Generalın sözlərinə görə, son altı gündə Pokrovsk yaxınlığında düşmən bir metr irəliləməyib, ona görə də Ukraynanın strategiyası işləyir.

ELÇİN




Bölməyə aid digər xəbərlər