20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Almaniya sərhəd nəzarətini gücləndirir
Tarix: 11-09-2024 11:40 | Bölmə: Dünya
Almaniya sərhəd nəzarətini gücləndirir

Almaniya qeyri-qanuni miqrasiyaya nəzarət etmək və təhlükəsizliyi artırmaq üçün quru sərhədlərində nəzarəti gücləndirir.

Reyting.az
bildirir ki, avqust ayında Solingendəki bıçaqlı hücumdan sonra hökumət yeni tədbirlər görməyə başlayıb.

Daxili işlər naziri Nensi Faeser sərhəd nəzarətinin indiyədək həyata keçirildiyi Polşa, Çexiya, İsveçrə və Avstriya ilə yanaşı, Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka sərhədlərində də müvəqqəti nəzarətə başlanılacağını açıqlayıb. Əlavə yoxlamalara sentyabrın 16-dan start veriləcək və ilkin olaraq 6 ay müddətində tətbiq olunacaq.

Avropa Birliyi (AB) də sözügedən qərarla bağlı açıqlama verib. AB Komissiyasının sözçüsü Anitta Hipper deyib ki, Şengen bölgəsindəki Aİ-yə üzv ölkələr yalnız müstəsna hallarda daxili sərhəd nəzarəti həyata keçirirlər və bu istiqamətdə qərar verən Almaniya hökuməti ilə əlaqə saxlayıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər