20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Rusiyanın hərbi texnikası tükənir?
Tarix: 11-09-2024 14:00 | Bölmə: Dünya
Rusiyanın hərbi texnikası tükənir?

Rusiya hərbi istehsalını artırmağa davam edir və onun tempi ən azı daha iki il azalmayacaq.

Reyting.az
xəbər verir ki, Almaniyanın Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına görə, Rusiya 2022-ci ildən bəri müdafiə sənayesi bazasının imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

Analitiklər silah və texnikanın tükənməsinin gələcək Rusiya hərbi istehsalına ciddi təsir göstərməyəcəyini proqnozlaşdırırlar.

Analitiklərin fikrincə, 2022-ci ilin son rübü ilə 2024-cü ilin ikinci rübü arasında Rusiya tank, zirehli texnika, artilleriya qurğuları, qısamənzilli hava hücumundan müdafiə sistemləri, orta və uzunmənzilli hava hücumundan müdafiə sistenləri, eləcə də “Lancet” dronlarının istehsalını artırıb.

Qeyd edilir ki, belə yüksək artım Rusiya istehsalı olan zirehli texnika və tankların 80 faizinin yeni maşınların istehsalından çox, ehtiyatlardan mövcud korpusların modernləşdirilməsinin nəticəsi olması ilə bağlıdır.

Eyni zamanda, analitiklər xəbərdarlıq edirlər ki, Rusiyanın mövcud ehtiyatları tükəndikdə, Rusiya zirehli maşınlarının istehsalı yalnız bir qədər azalacaq.

Kiel İnstitutunun xəbərdarlığında bildirilir ki, Rusiya artilleriya və hava hücumundan müdafiə sistemlərinin yerli istehsalını artırmaq və bu cür sistemlərin əvvəlcədən mövcud ehtiyatlarından asılılığını azaltmaq üçün çalışır. Bundan əlavə, institutun hesablamalarına görə, KXDR-dən kifayət qədər artilleriya mərmisi alınıb və Rusiya gündə 10 min mərmi atır.

Qeyd edək ki, əvvəllər analitiklər bu ilin sonuna kimi Rusiyanın hərbi texnikasının tükənə biləcəyini proqnozlaşdırırdılar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər