Murmanskdə Ukraynaya məxsus üç təyyarə vurulub
Tarix: 11-09-2024 16:01 | Bölmə: Dünya
Murmanskdə Ukraynaya məxsus üç təyyarə vurulub

Rusiyanın Murmansk vilayəti üzərində Ukraynanın üç pilotsuz təyyarəsi vurulub. Reyting.az-ın xəbərinə görə, bu barədə regionun qubernatoru Andrey Çibis “Telegram” kanalında bildirib.

Qeyd edək ki, daha əvvəl Murmansk vilayətinə pilotsuz təyyarələrin hücumu barədə məlumat verilmişdi. Bundan sonra Murmanskdəki hava limanları mülki təyyarələrin təhlükəsizliyini təmin etmək üçün uçuşların qəbulunu və yola salınmasını müvəqqəti olaraq dayandırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər