İranın yeni prezidenti ilk xarici səfərini əsas müttəfiq ölkəyə edib
Tarix: 11-09-2024 16:16 | Bölmə: Dünya
İranın yeni prezidenti ilk xarici səfərini əsas müttəfiq ölkəyə edib

İran prezidenti Məsud Pezeşkian ilk xarici səfəri çərçivəsində bu gün İraqa gəlib.

Reyting.az
İRNA-ya istinadla xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin rəsmi dəvəti ilə baş tutan üç günlük rəsmi səfər zamanı baş nazir, prezident, parlament sədrləri və İraqın məhkəmə hakimiyyətinin nümayəndələri ilə rəsmi görüşlərdən əlavə və birgə əməkdaşlıq sənədlərinin imzalanmasından sonra Pezeşkian İraqda yaşayan iş adamları və iranlılarla da görüşəcək.

Pezeşkian Bağdaddakı rəsmi görüşlərdən sonra Nəcəf və Kərbəla şəhərlərinə də səfər edərək İmam Əli və İmam Hüseynin məzarlarını ziyarət edəcək.

İran İslam Respublikası Prezidenti həmçinin İraq Kürdüstanı səlahiyyətlilərinin rəsmi dəvəti ilə Bəsrədə İran şirkətlərinin bəzi layihələrini ziyarət edəcək və Şimali İraq Kürd Muxtariyyətinin Ərbil və Süleymaniyyə şəhərlərinə səfər edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər