20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Keçmiş deputata 10 il həbs cəzası verilib
Tarix: 11-09-2024 16:53 | Bölmə: Dünya
Keçmiş deputata 10 il həbs cəzası verilib

Moskvada məhkəmə Dövlət Dumasının keçmiş deputatı Ponomaryevi qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edib.

Reyting.az
xəbər verir ki, bu barədə Lenta.ru-ya Moskva Şəhər Prokurorluğundan bildiriblər.

Məlumata görə, İkinci Qərb Dairə Hərbi Məhkəməsi Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryevi (xarici agentlərin reyestrinə və Rosfinmonitorinq ekstremistlərin və terrorçuların siyahısına daxil edilib) 10 il müddətinə ümumi rejimli koloniyaya məhkum edib.

Məhkəmə həmçinin Ponomaryevi dörd il müddətinə internet saytlarını idarə etmək hüququndan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü (“Rusiya Federasiyası Silahlı Qüvvələrinin tətbiqi ilə bağlı məlumatları özündə əks etdirən bilə-bilə yalan məlumatı etibarlı məlumat adı altında açıq şəkildə yayma”) və 205.2-ci (“Terrorçuluğa ictimai əsaslandırma”) maddələri ilə təqsirli bilinib.

Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxs 2022-ci il martın 5-dən martın 17-dək “Rusiya ordusu haqqında qəsdən yalan məlumat verib” və terror fəaliyyətinə haqq qazandırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər