Pxenyan dünyanı yeni ballistik raketlə sınağa çəkir
Tarix: 12-09-2024 07:42 | Bölmə: Dünya
Pxenyan dünyanı yeni ballistik raketlə sınağa çəkir

Şimali Koreya Yapon dənizi istiqamətində naməlum ballistik raket buraxıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Eyni zamanda, Yaponiya Sahil Mühafizə Xidməti qeyd edib ki, böyük ehtimalla raket dənizin dərinliklərinə düşüb.

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In respublikanın yaranmasının 76-cı ildönümü münasibətilə bildirmişdi ki, Silahlı Qüvvələr ölkənin təhlükəsizlik maraqlarını qorumaq üçün istənilən vaxt nüvə potensialından istifadə etməyə hazır olmalıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər