20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
HƏMAS Qəzza ilə bağlı yenidən danışıqlar aparıb
Tarix: 12-09-2024 09:30 | Bölmə: Dünya
HƏMAS Qəzza ilə bağlı yenidən danışıqlar aparıb

HƏMAS-ın nümayəndə heyəti Xəlil əl-Hayyenin başçılığı ilə Qətərin paytaxtı Dohada bu ölkənin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil ilə görüşüb.

Reyting.az
xəbər verir ki, HƏMAS ABŞ prezidenti Co Baydenin 31 may bəyanatı, Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi və iyulun 2-də əldə olunan razılaşmalar da daxil olmaqla atəşkəsin dərhal həyata keçirilməsinə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, prezident Co Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini açıqlayıb.

Onu da qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin açıqladığı atəşkəs layihəsinin İsrailin hazırladığı təklifdən fərqli olduğunu iddia edərək, yeni şərtlərin əlavə edilməsini istəyib.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər