20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Ruslar Ukraynanın daha bir şəhərinə hücuma keçib
Tarix: 12-09-2024 10:14 | Bölmə: Dünya
Ruslar Ukraynanın daha bir şəhərinə hücuma keçib

Rusiya ordusu bu gecə Ukraynanın Sumı vilayətinin Konotop şəhərinə hücum edib.

Reyting.az
xəbər verir ki, bunu şəhərin meri Artem Semenixin bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə işıqla bağlı vəziyyət kritikdir, enerji infrastrukturuna ciddi ziyan dəyib.

“Hazırda energetiklər xəstəxananı və su təchizatı sistemini elektrik enerjisi ilə təmin etmək üçün əllərindən gələni edirlər”, - deyən mer bildirib ki, düşmən çoxlu sayda təhsil müəssisəsinə də ziyan vurub və hələlik onların dəqiq sayı məlum deyil.

“Şəhərdəki bütün cərrahlar iş başındadır, hazırda iki nəfərin vəziyyəti ağırdır. İnsanları xilas etmək üçün lazım olanlar edilir”,- mer əlavə edib.

Sumı Regional Dövlət Administrasiyası isə bildirib ki, qurbanların ümumi sayı artıq 13 nəfərə çatıb. Onların müxtəlif dərəcəli xəsarətləri var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər