Netanyahu İordaniya ilə sərhəddə divar tikdirəcək
Tarix: 12-09-2024 10:18 | Bölmə: Dünya
Netanyahu İordaniya ilə sərhəddə divar tikdirəcək

İsrailin baş naziri Binyamin Netanyahu sentyabrın 8-də 3 israillinin öldürüldüyü Kral Hüseyn Sərhəd Qapısına baxış keçirib.

Reyting.az
xəbər verir ki, Netanyahu İordaniya ilə Şərq sərhədində təhlükəsizliyini təmin edilməsini vacib sayıb.

“Bu, sülh sərhədidir və biz İordaniya ilə əməkdaşlıq edirik ki, bu sərhədi qoruyub saxlamağa hazırıq”,- o deyib.

Terrorçu adlandırdığı silah və insanların İordaniya üzərindən işğal altındakı İordan çayının qərb sahilinə və İsrail şəhərlərinə qaçaqmalçılığının artdığını iddia edən Netanyahu bunun qarşısını almaq üçün bütün tərəflərlə əməkdaşlıq etdiklərini bildirib.

İsrailin baş naziri Netanyahu sözlərinə belə davam edib: “Biz burada qaçaqmalçılıq cəhdlərinə qarşı möhkəm divar çəkməyə çalışacağıq və bunu qonşularımızla koordinasiyada edirik. Bu sərhədlərin sülh və təhlükəsizlik sərhədləri olaraq qalmasını təmin etmək bizim üçün vacibdir".

ELÇİN




Bölməyə aid digər xəbərlər