Dünya müharibəsi zamanı Dunay çayında batmış gəmilər indi tapılır
Tarix: 12-09-2024 12:04 | Bölmə: Dünya
Dünya müharibəsi zamanı Dunay çayında batmış gəmilər indi tapılır

Avropanı bürüyən quraqlıq səbəbindən Dunay çayında su əhəmiyyətli dərəcədə azalıb. Bu isə İkinci Dünya Müharibəsi zamanı batmış alman gəmilərinin qalıqlarını üzə çıxarıb. Bu, Serbiyanın Prahovo şəhəri yaxınlığında baş verib.

Reyting.az
-ın məlumatına görə, qalıqları üzə çıxan gəmilər faşist Almaniyasının Qara Dəniz Donanmasının bir hissəsi olub və müharibənin son aylarında sovet qoşunlarının təzyiqi altında geri çəkilərkən batıblar.

Qeyd olunur ki, çox vaxt almanlar düşmən əlinə keçməməsi üçün gəmiləri özləri batırıblar. İndi bu tullantılar Dunayda suyun aşağı səviyyəsi zamanı çayların hərəkətinə mane ola bilər.

Çayın yatağı boyunca səpələnmiş bəzi gəmilərin hələ də qüllələri, komanda körpüləri, sınıq dirəkləri və bükülmüş gövdələri var, digərləri isə əsasən qumlu sahillərin altındadır.

1950-ci ildən əvvələ aid dörd gəmi də Macarıstanın Mohaç yaxınlığındakı Dunay-Drava Milli Parkında tapılıb, burada çərşənbə axşamı Dunayda suyun səviyyəsi cəmi 1,5 metr olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər