Qəzzada savaşın 342-ci günü: can itkisi 41 min 118-ə yüksəlib
Tarix: 12-09-2024 14:18 | Bölmə: Dünya
Qəzzada savaşın 342-ci günü: can itkisi 41 min 118-ə yüksəlib

Bu gün İsrailin Qəzzaya hücumunun 342 günü tamam olub.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, dünən gecədən başlayaraq bu saata qədər İsrail ordusu Qəzzada müxtəlif bölgələri bombalayıb. Nəticədə daha 34 nəfər ölüb, 96 nəfər yaralanıb. Bununla da 7 oktyabrdan etibarən Qəzza zolağında ölənlərin sayı 41 min 118-ə, yaralı sayı isə 95 min 125-ə çatıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər