20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Macarlar Ukraynanın Aİ-yə üzvlüyünün əleyhinədir
Tarix: 12-09-2024 15:29 | Bölmə: Dünya
Macarlar Ukraynanın Aİ-yə üzvlüyünün əleyhinədir

2024-cü ildə macarlar keçən illə müqayisədə Avropa Birliyinin (AB) genişlənməsinə daha az açıq olublar. Onlar xüsusilə Ukraynanın üzvlüyünə şübhə ilə yanaşırlar. Bunu "Policy Solutions" analitik mərkəzinin sorğusu da sübut edir.

Reyting.az
“Telex”-ə istinadla bildirir ki, keçən il respondentlərin əksəriyyəti bir neçə namizəd ölkənin Avropa ailəsinə daxil olmasını dəstəkləsə də, 2024-cü ildə respondentlərin yalnız 45 faizi ən böyük dəstəyə malik ölkə olan Monteneqro haqqında müsbət rəy verib.

Namizəd ölkələr arasında Ukraynanın üzvlüyünə ən az dəstək verənlər macarlardır. Artıq hər on macardan altısı – yəni 61 faizi Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü rədd edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər