"Hizbullah" İsrailə dronlarla zərbə endirib - 3 hərbçi ölüb, 18-i yaralanıb
Tarix: 20-09-2024 10:06 | Bölmə: Dünya
"Hizbullah" İsrailə dronlarla zərbə endirib - 3 hərbçi ölüb, 18-i yaralanıb

Ötən gecə Livanda yerləşən “Hizbullah” qruplaşması İsrailin sərhədə topladığı hərbi qüvvələrə zərbələr endirib.

Reyting.az
xarici mətbuata istinadla bildirir ki, nəticədə 3 israilli hərbçi həlak olub, 18 hərbçi yaralanıb.

İsrail ordusundan bildiriblər ki, "Hizbullah" qüvvələri kamikadze dronlarla hücumlar həyata keçirib.

Məlumatda o da deyilir ki, İsrail ötən gecə Livanı qırıcılarla bombardman edib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər