Kiyevdə mağazada atışma olub
Tarix: 23-09-2024 07:36 | Bölmə: Dünya
Kiyevdə mağazada atışma olub

Kiyev vilayətində naməlum şəxs mağazada avtomatdan atəş açıb, sonra hadisə yerindən qaçıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Telegram”-da Ukrayna milli polisinin regional idarəsi məlumat yayıb.

Hadisə sentyabrın 22-də günorta saatlarında Obuxovski rayonunda baş verib. Atışma nəticəsində iki nəfər yaralanıb. Şöbədən satıcı qadın və mağaza sahibinin yaralandığına aydınlıq gətirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər