ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreya limanına daxil olub
Tarix: 23-09-2024 14:13 | Bölmə: Dünya
ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreya limanına daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən sualtı gəmisi “USS Vermont” Cənubi Koreyanın Busan şəhərinin limanına daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Amerika hərbçiləri ilə “dostluq mübadiləsi” planlaşdırdığını bildirib. Bu, “USS Vermont” gəmisinin Cənubi Koreya limanına ilk səfəridir. Məqsəd ləvazimatları artırmaq və ekipajın istirahətinə şərait yartmaqdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər