Tramp: “Harris dünya müharibəsinin qarşısını ala bilməz”
Tarix: 23-09-2024 15:35 | Bölmə: Dünya
Tramp: “Harris dünya müharibəsinin qarşısını ala bilməz”

ABŞ-nın sabiq prezidenti, noyabrda keçiriləcək seçkilərdə respublikaçıların namizədi Donald Tramp bəyan edib ki, Kamala Harris ABŞ-dakı prezident seçkilərində qalib gələrsə, qlobal münaqişənin alovlanmasının qarşısını ala bilməz.

Reyting.az
-ın məlumatına görə, 2028-ci il seçkilərində iştirak etməyəcək Donald Tramp deyib ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris dünya münaqişəsini dayandırmağı bacarmaz.

“O, Üçüncü Dünya Müharibəsinin dayandırılmasında bizi necə təmsil edə bilər? Cavab sadədir – edə bilməz”, - Tramp əlavə edib.

Ağ evin keçmiş rəhbərinin fikrincə, dünya indi çox təhlükəlidir: “Kamala Harris və Co Bayden ən sadə suallara belə cavab verə bilmirlər”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər