Livanın cənubundan şimalına böyük köç başlayıb - Foto
Tarix: 24-09-2024 10:05 | Bölmə: Dünya
Livanın cənubundan şimalına böyük köç başlayıb

İsrailin sıx hücumları səbəbiylə Livanın cənubundan şimalına qaçış davam edir. Bu səbəbdən də yollarda minlərlə avtomobil tıxac yaradır.

Reyting.az
Livanın rəsmi agentliyi NNA-ya istinadla bildirir ki, ölkənin cənubundakı Zəhrani bölgəsindən Sidona doğru miqrasiya səbəbindən yollarda görünməmiş nəqliyyat sıxlığı var.

Sıxlıq səbəbindən minlərlə avtomobil yollara kilidlənib. Təxminən 5 saat ərzində hərəkətin demək olar ki, tamamilə dayandığı şimal istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olub.

Avtomobillərində yolların açılmasını gözləyən livanlılar təhlükəsizlik qüvvələrinin hərəkəti təmzimləmələri üçün müdaxilə etmələrini istəyib.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər