Qəzzada daha 9 fələstinli həlak olub
Tarix: 24-09-2024 15:44 | Bölmə: Dünya
Qəzzada daha 9 fələstinli həlak olub

İsrail ordusu Qəzza zolağının müxtəlif istiqamətlərinə aviazərbələr endirib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı Xan Yunusda br evə zərbə endirib. Nəticədə dağıntılar altından 5 nəfərin cəsədi çıxarılıb, 10-dan çox yaralı çıxarılıb. Bundan əlavə, bölgədə daha 2 ev vurulub. Burada isə ümumilikdə 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzzada 41467 fələstinli həyatını itirib, 95 min 921 nəfər isə yaralanıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər