Ərdoğan ABŞ-ı Türkiyəyə qarşı sanksiyaları ləğv etməyə çağırıb
Tarix: 24-09-2024 16:46 | Bölmə: Dünya
Ərdoğan ABŞ-ı Türkiyəyə qarşı sanksiyaları ləğv etməyə çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı müdafiə məqsədi ilə bəzi alışlar üçün ölkəsinə mane olan sanksiyaları ləğv etməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ərdoğan bildirib ki, davam edən məhdudiyyətlər səbəbindən müdafiə sənayesi sahəsində əməkdaşlıq öz potensialından “çox uzaqdır”.

Türkiyə prezidenti ümid edir ki, “F-16” modernizasiya layihəsi ilə yeni bir səhifə açıblar və bu sahələrdə məhdudiyyətlər tamamilə aradan qaldırılacaq.

Məlum olduğu kimi, Türkiyə-Amerika münasibətləri digər məsələlərlə yanaşı, Türkiyənin Rusiyadan “S-400” raketdən müdafiə sistemi alması və Türkiyənin ölümcül təhlükə hesab etdiyi Suriya kürd silahlılarına ABŞ-nın dəstəyi ilə pisləşib.

Onu da qeyd edək ki, 2018-ci ildə ABŞ Türkiyəyə “F-35” döyüş təyyarələrinin tədarükünü dayandırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər