ABŞ Ukraynaya 375 milyon dollarlıq hərbi yardım göndərəcək
Tarix: 24-09-2024 18:11 | Bölmə: Dünya
ABŞ Ukraynaya 375 milyon dollarlıq hərbi yardım göndərəcək

ABŞ çərşənbə günü Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə “Amerikanın Səsi” bir neçə amerikalı məmura istinadla məlumat yayıb.

Məlumata görə, yeni paket Vaşinqtonun may ayından bəri Kiyevə göndərdiyi ən böyük yardım olacaq.

Məmurlardan biri deyib ki, paketə “F-16” qırıcıları üçün ukraynalı pilotların cəbhə xəttindən və Rusiyanın hava hücumundan müdafiə sistemlərindən daha uzaqda fəaliyyət göstərməsinə imkan verəcək hava-yer döyüş sursatları da daxil olacaq.

Paketə həmçinin HIMARS döyüş sursatı, patrul katerləri, zirehli maşınlar, 155 və 105 mm-lik mərmilər və tank əleyhinə raketlər daxildir.

ABŞ rəsmilərinin bildirdiyinə görə, hələlik yekunlaşmaq üzrə olan və dəyişə bilən paket ABŞ anbarlarından silahların ötürülməsinə imkan verən PDA (Prezident Drowdown Authority) mexanizmi vasitəsilə yönləndirilir.

Paket Ukrayna prezidenti Vladimir Zelenskinin cümə günü prezident Co Bayden və vitse-prezident, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə görüşəcəyi zaman elan ediləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər