Qəzzada daha 28 fələstinli öldürülüb
Tarix: 25-09-2024 17:04 | Bölmə: Dünya
Qəzzada daha 28  fələstinli öldürülüb

İsrail qüvvələrinin blokadasında olan Qəzza zolağında son sutka ərzində 30-a yaxın fələstinli öldürülüb.

Reyting.az
xəbər verir ki, anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrail ordusunun Fələstin sektoruna təcavüzü nəticəsində 28 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Səhiyyə Nazirliyi bildirib ki, hərbi əməliyyatın başladığı vaxtdan indiyədək İsrail Hərbi Hava Qüvvələrinin Qəzza bölgələrini atəşə tutması və bombalaması nəticəsində ölənlərin ümumi sayı 41 495 nəfərdir. Eyni dövrdə 96 006 fələstinli yaralanıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər