20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Ərdoğan: ABŞ və digər NATO üzvləri Ukraynanın üzvlüyünü istəmirlər
Tarix: 25-09-2024 18:33 | Bölmə: Dünya
Ərdoğan: ABŞ və digər NATO üzvləri Ukraynanın üzvlüyünü istəmirlər

ABŞ və digər NATO dövlətləri Ukraynanı Alyansın üzvü kimi görmək istəmirlər. Türkiyə də bu məsələdə öz qərarını verərkən onların mövqeyini nəzərə alacaq.

Reyting.az
xəbər verir ki, bunu çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “NBC News”-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlük məsələsində tələskənliyə yol vermək olmaz.

“Biz qərar qəbul edərkən hər zaman NATO-ya üzv olan digər ölkələrin mövqeyini nəzərə alır, mümkün məsələləri danışıqlar masası arxasında müzakirə edir və yekun qərarı ona uyğun veririk”, - Türkiyə prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə hadisələrin inkişafını, müzakirələri izləyəcək və buna uyğun olaraq yekun qərarını verəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər