ABŞ İsrailin Livanda quru əməliyyatına qarşıdır
Tarix: 26-09-2024 10:16 | Bölmə: Dünya
ABŞ İsrailin Livanda quru əməliyyatına qarşıdır

ABŞ Müdafiə Nazirliyi İsrailin yaxın gələcəkdə Livana qarşı quru əməliyyatı keçirməsini real saymır.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sabrina Sinq bildirib.

S. Sinq deyib ki, ABŞ regionda gərginliyin daha da artmasına səbəb ola biləcək hər hansı addımın atılmasını qətiyyən istəmir.

Pentaqon rəsmisi həmçinin əlavə edib ki, ABŞ Livana hücumlarında İsrailə kəşfiyyat dəstəyi verməyib.

Onu da qeyd edək ki, İsrail Baş Qərargah rəisi Herzi Halevi Livan sərhədindəki əsgərlərə bildirib ki, Livana davam edən hava hücumları qoşunların mümkün quru əməliyyatı üçün zəmin hazırlamaqdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər