20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya nüvə silahından istifadə etməyə hazırdırmı?
Tarix: 26-09-2024 14:42 | Bölmə: Dünya
Rusiya nüvə silahından istifadə etməyə hazırdırmı?

Rusiya prezidenti Vladimir Putin son vaxtlar nüvə silahından istifadə ilə bağlı hədələrini artırır. Amerikalı analitiklər isə bu hədələri Qərb ölkələrini cilovlamaq cəhdi kimi qiymətləndirirlər.

Reyting.az
xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) qənaətinə görə, Rusiyanın Ukraynada və ya dünyanın başqa bir ölkəsində nüvə silahından istifadə etmək ehtimalı azdır. İddia olunur ki, Kreml bu hədələrlə Qərbdə qərarların qəbuluna nəzarəti gücləndirməyə və uzaqmənzilli silahların Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verilməsinin qarşısını almağa çalışır.

Təhlilçilərin fikrincə, Putin Kremlin yorğun nüvə qılıncını sarsıdan informasiya əməliyyatına yeni nəfəs vermək və siyasi debatların xüsusilə kritik məqamında Qərb siyasətçiləri arasında yeni çaxnaşma yaratmaq niyyətində ola bilər.

ISW xatırladır ki, Qərbdə Ukraynaya yardımın artırılması ilə bağlı siyasi debatlar zamanı Kreml müntəzəm olaraq nazik pərdələnmiş nüvə qarşıdurması hədələrinə əl atır. Bu taktikadan Rusiyanın hərbi hədəflərinə uzaqmənzilli Qərb silahları ilə zərbələr endirilməsinin müzakirə edildiyi bir vaxtda da yararlanırlar. Məqsəd qərar qəbul edənləri qorxutmaqdır.
ISW hesab edir ki, Rusiyanın yenidən “nüvə qılıncını” siyirməsi Kremlin Qərbi cilovlamağa kömək etmək səylərinin bir hissəsidir, Ukraynada və ya başqa bir yerdə nüvə silahından istifadə etməyə hazır olmasının sübutu deyil.

Onu da qeyd edək ki, sentyabrın 25-də prezident Putin bildirib ki, Rusiya nüvədən çəkindirmə doktrinasına düzəliş edib. İndi o, hətta pilotsuz təyyarələrin buraxılması ilə qeyri-nüvə dövlətinə nüvə zərbəsi endirə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər