MAQATE rəhbəri nüvə silahından mümkün istifadədən danışıb
Tarix: 27-09-2024 07:32 | Bölmə: Dünya
MAQATE rəhbəri nüvə silahından mümkün istifadədən danışıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BMT-nin “Xəbərlər” portalına müsahibəsində nüvə silahından istifadənin şərtini açıqlayıb. Onun sözlərinə görə, bu, belə silahlara sahib olan ölkələrin sayının artacağı təqdirdə baş verəcək.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, Qrossi 15-20 dövlətin nüvə silahına malik olduğu dünyanı təsəvvür etməyə çağırıb. MAQATE rəhbəri vurğulayıb ki, bu halda çox güman ki, ondan istifadə etmək variantı ortaya çıxacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər