Zaporojye və Sumıda partlayışlar baş verib
Tarix: 27-09-2024 07:46 | Bölmə: Dünya
Zaporojye və Sumıda partlayışlar baş verib

Ukraynanın Zaporojye və Sumı vilayətlərində partlayış səsləri eşidilir.

Reyting.az
yerli mənbələrə istinadla xəbər verir ki, hava hücumu nəticəsində tələfat və dağıntılar barədə məlumat verilmir. Yerli hakimiyyət orqanları vəziyyəti şərh etməyiblər.

Onlayn xəritəyə görə, daha əvvəl Kiyevin nəzarətində olan Zaporojye vilayətində hava hücumu xəbərdarlığı elan edilib. Bundan əlavə, Sumı, Kirovoqrad, Dnepropetrovsk, Odessa və Nikolayev vilayətlərində həyəcan sirenləri səslənir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər