Ukrayna kəşfiyyatı Xarkovda uğur qazanıb
Tarix: 27-09-2024 10:36 | Bölmə: Dünya
Ukrayna kəşfiyyatı Xarkovda uğur qazanıb

Xarkov vilayətindəki Volçanski Aqreqat Zavodu rus ordusundan azad edilib. Bu, həmin bölgədə rusların nəzarət zonasını daraldır, Ukrayna Silahlı Qüvvələrinə növbəti hücum və bütün şəhərin yekun azad edilməsi üçün tramplin yaratmağa imkan verir.

Reyting.az
-ın məlumatına görə, Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi deyib ki, bu, həm də maddi-texniki bazanı yaxşılaşdırır və tapşırıqları yerinə yetirməyi asanlaşdırır.

“Ukrayna Silahlı Qüvvələrinin müxtəlif bölmələri kəşfiyyat apararaq zavodun ərazisinə daxil olub. Planın özü və təmizləmənin başlanması yalnız sentyabrın əvvəlində formalaşdı. Ruslar müdafiəçilərin əsas qüvvələrinin yığılmasını və yaxınlaşmasını aşkar etmədikləri üçün uğur əldə edildi. Bir neçə həftə ərzində tapşırıqları yerinə yetirən döyüşçülər məhdud resurslarla son dərəcə çətin şəraitdə olublar. Zavodun tamamilə təmizlənməsi üçün ən böyük problem zirzəmilər və bunkerlərdir”, - hərbi kəşfiyyatın nümayəndəsi qeyd edib.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsinin bütün tarixində bu qədər mürəkkəb bir obyektin qısa müddət ərzində ələ keçirilməsi ilə bağlı oxşar hallara rast gəlmək mümkün deyil.

Qeyd edək ki, 2024-cü il sentyabrın 24-də Volçanski Aqreqat Zavodunun ərazisinin tamamilə azad edildiyi məlum olub. Əməliyyatı Ukrayna Hərbi Kəşfiyyatının (GUR) xüsusi qrupları: “Stugna”, “Paraqon”, “Yunger” və BDK həyata keçiriblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər