Ukrayna Kurskda 17 mindən çox hərbçisini itirib
Tarix: 27-09-2024 16:39 | Bölmə: Dünya
Ukrayna Kurskda 17 mindən çox hərbçisini itirib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayəti istiqamətində gedən döyüşlərdə 17 min 750-dən çox hərbçisini itirib.

Reyting.az
Rusiya Müdafiə Nazirliyinə istinadla bildirir ki, ümumilikdə, Kursk istiqamətində gedən döyüşlərdə Ukrayna 17750-dən çox hərbi qulluqçu, 131 tank, 62 piyada döyüş maşını, 97 zirehli transportyor, 837 zirehli döyüş maşını, 533 avtomobil, 143 artilleriya qurğusu, 31 reaktiv yaylım atəşi qurğusunu itirib.

Nazirlik Ukraynanın digər hərbi itkilərini də sadalayıb:

8 HIMARS, 6 MLRS, o cümlədən ABŞ istehsalı olan raket sistemləri, 8 zenit-raket kompleksləri, 5 nəqliyyat-yükləmə maşını, 37 elektron döyüş stansiyası, 9 əks batareya radarı, 2 hava hücumundan müdafiə radarı, 18 mühəndislik qurğusu və digər texnika, o cümlədən 11 mühəndis maşını, UR-77 minatəmizləmə qurğusu və zirehli bərpa maşını.

ELÇİN




Bölməyə aid digər xəbərlər