20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Beyruta hücum: FAXC liderlərindən üçü öldürülüb
Tarix: 30-09-2024 11:35 | Bölmə: Dünya
Beyruta hücum: FAXC liderlərindən üçü öldürülüb

Fələstinin Azadlıq Xalq Cəbhəsi (FAXC) İsrailin Livanın paytaxtı Beyruta hücumu nəticəsində liderlərindən 3-nün öldürüldüyünü açıqlayıb.

Reyting.az
bildirir ki, FAXC-nin silahlı qanadı olan Şəhid Əbu Əli Mustafa Briqadaları tərəfindən verilən yazılı açıqlamaya görə, İsrail ordusu Beyrutun Kola rayonuna hava hücumu edib. Sözügedən hücumda FAXC Siyasi Bürosunun üzvü və Hərbi Təhlükəsizlik İdarəsinin rəsmisi Məhəmməd Əbdüləl (Ebu Qazi), FAXC Qərargah Komitəsinin üzvü, cəbhə hərbi hissəsinin üzvü və Livandakı hərbi komandir İmad Avden (Ebu Ziyad) öldürülüb. Eyni zamanda FAXC icraçısı Abdurrahman Abdulalın da həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, İsrail ordusu bu gün gecə saatlarında 2006-cı ildən bəri ilk dəfə Beyrutun Dahiye bölgəsi xaricində bir yerə -Beyrutun Kola rayonuna hava hücumu edib. Hücum zamanı çoxmərtəbəli binadakı bir mənzil hədəfə alınıb.

Yerli media hücumda “Camaat-i İslami”nin sünni üzvünün hədəf alındığını iddia edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər