20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Partizan hərəkatı rusların maddi-texniki bazasına zərbə vurub
Tarix: 30-09-2024 12:00 | Bölmə: Dünya
Partizan hərəkatı rusların maddi-texniki bazasına zərbə vurub

“Atəş” partizan hərəkatı Rusiyanın Kursk vilayətində rus ordusunun cəbhəyə döyüş sursatı və texnikası çatdırdığı əsas dəmir yolu xətlərindən birində təxribat törədib.

Reyting.az
xəbər verir ki, “Atəş” öz Telegram kanalında təxribatın videosunu paylaşıb.

“Bu dəmir yolu xətti Rusiya ordusunun cəbhə xəttində daimi təchizatını təmin etdiyi üçün strateji əhəmiyyət kəsb edir. Onun fəaliyyətinin pozulması maddi-texniki təminatı zəiflədir və mühüm hərbi texnikanın daşınmasını çətinləşdirir”, - deyə paylaşımda qeyd olunur.

Onu da qeyd edək ki, Ukrayna hərbçiləri avqustun əvvəlində Rusiyanın Kursk bölgəsini işğal etməyə başlayıb, ordu yerli əhalinin güclü müqaviməti ilə qarşılaşmayıb və ayın sonuna kimi 100 yaşayış məntəqəsini nəzarətə götürə bilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər